18 Aprel 23:29
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus dəmir yollarının mətbuat xidməti məlumat yayıb.

Hadisə Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında qeydə alınıb.

Belarusun kalium gübrələrini daşıyan qatarın relsdən çıxması nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktura ziyan dəyib.

İlkin səbəb kimi qatarın altındakı açarın nasazlığı olduğu göstərilir.

Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.

Bizim Telegram kanalımıza abunə olun


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər