Çinin Suçjou (Anhoy əlaləti) şəhəri yaxınlığındakı kömür mədənində baş vermiş qəza nəticəsində azı 5 nəfər ölüb, daha 2 nəfərin taleyi naməlum olaraq qalır.
Teleqraf.com-un “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, kömür mədənini qəflətən su basıb.
Qeyd olunur ki, 34 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb. Onlardan 27-si yerin üstünə çıxmağa nail olub.
Faciə baş verdiyi yerə xilasedicilər cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.