5 İyun 12:23
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə PKK terror təşkilatı ilə mübarizədə İraqla birlikdə işləməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İraq xarici işlər nazirinin müavini Hişam əl-Ələvi Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Diplomat vaxtilə “Xalq Mücahidləri” təşkilatının İraqdan çıxarılması üçün İran və BMT ilə birlikdə çalışdıqlarını bildirib:

“Xalq Mücahidləri” məsələsini necə həll etdiyimizə baxın. Uğur hekayəsi kimi yaxşı modeldir. İran və BMT ilə işlədik, sonda fəaliyyətlərini məhdudlaşdırdıq. Çoxları qaçqın kimi Avropaya getməyə üstünlük verdi”.

Ələvi PKK terror təşkilatı ilə müqayisədə İran qruplarını tərksilah etməyin daha asan ola biləcəyini qeyd edib.

PKK-nın İraqdakı varlığının qanunsuz olduğunu deyən diplomat onun Bağdad tərəfindən terror təşkilatı elan edilib-edilməyəcəyi ilə bağlı söyləyib: “Fikrimizdə sabit bir model yoxdur. Amma birtərəfli hərəkətlərlə bu problemi həll edəcəyimizə qətiyyən inanmırıq”.

Nazir müavini Türkiyə və İraqın PKK ilə bağlı ortaq strategiya hazırlamasının lazım olduğunu bildirib: “Narahatlığınızı başa düşürük. Bu problemi həll etmək üçün səlahiyyətli şəxslərlə işləmək istərdik”.

Ələvi PKK-nı mürəkkəb məsələ kimi xarakterizə edib:

“Fəaliyyətlərini tamamilə qanunsuz və qəbuledilməz hesab edirik. Eyni zamanda, birtərəfli hərəkət etməyinizi də istəmirik. İki hökumətin birtərəfli hərəkət etməyindənsə, bir-birinin narahatlığını anlaması və birgə işləməsi vacibdir. Hazırda PKK probleminin həlli ilə bağlı danışıqlar davam edir. Bu, təkcə iki ölkənin milli təhlükəsizliyi üçün yox, həm də mühüm regional layihələr üçün vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər