2 İyul 22:26
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda dini mərasim zamanı yüzdən çox adam ölüb.

Teleqraf.com yerli KİV-lər istinadən xəbər verir ki, hadisə Uttar Pradeş ştatında dini mərasimdən çıxan zaman baş verib.

Şahidlərin sözlərinə görə, izdiham zamanı insanların bir-birini əzməsi çoxlu sayda qadın və uşağın ölməsinə səbəb olub.

Hindistanda dini tədbirlərdə təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə oxşar hadisələr tez-tez baş verir.


Müəllif: Arzu