ABŞ hakimiyyətinin İranın Rusiya və digər ölkələri silahla təmin etməsi ilə bağlı ittihamları yalandır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“İranın bəzi ölkələrə silah tədarükü ilə bağlı yalan və aldadıcı xəbərlərin yayılması sadəcə olaraq iyrənc təbliğat və yalandır”, - Kənani bildirib.
Nasir Kənani həmçinin qeyd edib ki, ABŞ bu dezinformasiyanı Vaşinqtondan və digər Qərb ölkələrindən İsrailə və onun Qəzza zolağındakı əməliyyatlarına “qeyri-qanuni dəstəyin” həcmini gizlətmək üçün yayır.