ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Pekin onun prezidentliyi dövründə “Tayvana daxil olarsa” Vaşinqton Çinə əlavə rüsumlar tətbiq edəcək.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.
“Əgər Tayvana hücum etsəniz, sizə 150%-200% gömrük rüsumu tətbiq edəcəyəm”, - Tramp qeyd edib.
Dövlət başçısı kimi “Tayvanın blokadasına qarşı hərbi gücdən istifadə edib-etməyəcəyi" ilə bağlı suala isə respublikaçı belə cavab verib:
“O, [Si Cinpin - red.] mənə hörmət etdiyi və dəli olduğumu bildiyi üçün bunu etmək məcburiyyətində qalmayacağam”.