00:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk bölgəsinin Qornyak kəndi Rusiya hərbçiləri tərəfindən işğal olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin məlumat verib.

O bildirib ki, 114-cü briqadanın əsgərləri Qornyakda binalardan birinə bayraq sancıblar.

Puşilinin sözlərinə görə, Rusiya tank bölmələri hücum qruplarının dəstəyi ilə bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini uğurla keçərək düşmənin böyük cəmləşmiş şəxsi heyətinə ağır zərbələr endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər