26 Oktyabr 23:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda terror qruplaşması kimi tanınan sünni qrup "Ceyş əl-Ədl" ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyalətində şənbə günü törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Mehr dövlət agentliyi məlumat yayıb.

Qeyd edək ki, dünən İsrailin İrana hücumu zamanı sərhəddə 10 əsgər öldürülüb. Bundan sonra "Ceyş əl-Ədl" hadisənin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.


Müəllif: Arzu

Oxşar xəbərlər