26 Oktyabr 22:31
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə səslər belədir:

- "Gürcü Arzusu" – 52,98% (921 067 səs);

- “Birlik – Milli Hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,08% (170 442 səs);

- "Dəyişiklik üçün Koalisiya" ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 11,99% (194 662 səs);

- "Güclü Gürcüstan" (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 9,04% (157 143 səs);

- "Gürcüstan üçün" – 8,24% (143 289 səs).

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər