26 Oktyabr 23:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddilik Qrupu (G7) ölkələri Rusiyada neftə qarşı sanksiyaları artırmağa hazırlaşır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə nazirliklərinin rəhbərləri və G7 mərkəzi banklarının rəhbərlərinin birgə iclasının yekunlarına dair bəyanatında deyilir.

“Biz neftin qiymətinə qoyulan məhdudiyyətlərin pozulmasına cavab olaraq əlavə təşəbbüslər göstərməyə və sanksiyalardan yan keçmək üçün kölgə donanmalarından istifadə ilə bağlı Rusiya üçün xərcləri artırmağa hazırıq”, - bəyanatda deyilir.

G7 dövlətləri Rusiya Federasiyasının gəlir mənbələrini məhdudlaşdırmağa davam etmək niyyətindədirlər , o cümlədən enerji resurslarının satışından əldə olunan gəlirləri məhdudlaşdırmaq və gələcək mədən imkanlarını azaltmaq üçün yeni tədbirlər görməyi planlaşdırırlar.


Müəllif: Arzu

Oxşar xəbərlər