Rusiya Suriyanın ölkənin şimal-qərbində törədilmiş terror aktı ilə bağlı dekabrın 3-də BMT Təhlükəsizlik Şurasının təcili açıq iclasının keçirilməsi tələbini dəstəkləyib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Biz çinlilər və afrikalılar bu tələbi dəstəklədik. Görüş Amerika prezidentliyi tərəfindən dekabrın 3-də Nyu-York vaxtı ilə saat 15:00-a təyin edilib”, - Polyanski bildirib.