“Prezidentin inauqurasiyasının heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm. Bunu hər kəs bilməlidir. Təfərrüatları bazar günü elan olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu dekabrın 29-da səlahiyyət müddəti başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili Böyük Britaniyanın “Rest Is Politics” podkastına müsahibəsində söyləyib.
Onun bazar günü nə edəcəyi barədə suala cavabında prezident deyib ki, hakim partiya onun planı barədə əvvəlcədən deyil, bazar günü bilməlidir.