31 Dekabr 2024 09:14
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin 4-5 yanvar tarixində paytaxt Dəməşqdə Suriyanın gələcəyini müzakirə etmək üçün milli konfransın keçirilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə "T24" xəbər portalı məlumat yayıb.

Konfransda cəmiyyətin bütün təbəqələrini, eləcə də dini və etnik qrupları təmsil edəcək 1200 nəfər iştirak edəcək.

İddialara görə, konfransda “Heyət Təhrir əş-Şam” qruplaşmasının, eləcə də yeni Suriya ordusunun tərkibinə daxil olacaq digər silahlı qruplaşmaların ləğv edilməsinin elan edilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər