ABŞ-ın Alyaska ştatının sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 32.7 min nəfər əhalisi olan Juno şəhərindən 177 km şərqdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.