ABŞ Prezidenti Co Bayden və ailəsi son il ərzində xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin dərc etdiyi hesabatda qeyd olunub.
Nəşrin məlumatına görə, Hindistanın Baş naziri Narendra Modi ABŞ-nin birinci xanımı Cil Baydenə 20 min dollar dəyərində 7.5 karatlıq almaz bağışlayıb.
Bundan başqa, xanım Bayden Ukraynanın ABŞ-dəki səfirindən 14 min dollar dəyərində aksesuar qəbul edib.
Həmçinin Cənubi Koreya Prezidenti Yun Sok Yol da Co Baydenə foto albom bağışlayıb. ABŞ prezidenti Monqolustanın baş nazirindən 3000 dollarlıq, Ukrayna liderindən isə 2000 dollar dəyərində hədiyyə alıb.
Ölkə qanunvericiliyinə görə, dəyəri 480 dolları keçən bütün hədiyyələrin bəyannaməsi elan olunmalıdır.