Polşada Ukrayna və Belarus vətəndaşları işlədikləri anbardan paltar oğurladıqları üçün saxlanılıblar .
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb .
İdarənin məlumatına görə, 20-29 yaşlı 10 Ukrayna və bir Belarus vətəndaşı böyük fırıldaqçılıqda şübhəli bilinib. Onların hamısı Zgierz ərazisindəki geyim şirkətlərindən birinin anbarında işləyiblər.
Qadınlar ötən il alınan malların geri qaytarılması ilə bağlı İT sisteminə yalan məlumatlar daxil etməklə işəgötürənə təxminən 700 min avro məbləğində ziyan vurublar.
Qadınları 10 ilə qədər həbs cəzası gözləyir.