3 Yanvar 12:56
7 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Beynəlxalq Tropik Bitkilər İnstitutu və İngiltərənin Ridinq Universitetinin araşdırması nəticəsində məlum olub ki, darı qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.

Teleqraf.com xəbər verir ki, araşdırmaya görə, darı ən faydalı dənli bitki seçilib. Bu taxılın qarabaşaqdan da faydalı olduğu qeyd edilib. Mütəxəssislər darının, xüsusilə bağırsaq hərəkətliliyini artıran və həzmi tənzimləyən xüsusiyyətləri ilə qəbizlik kimi ümumi problemlərin müalicəsində mühüm köməkçi olduğunu vurğulayıblar. Bir stəkan bişmiş darıda 6 qram protein və 2 qram lif var. B qrupu vitaminləri, fol turşusu, kalsium, dəmir, maqnezium və fosfor kimi vacib minerallar var.

Bağırsaq hərəkətliliyini artıraraq, qəbizliyi yaxşılaşdırmaqla yanaşı, yağ yandırmağa da kömək edir. O, həmçinin insulin həssaslığını artıraraq, qanda trigliserid səviyyəsini azaldır. Ürək-damar və sinir sisteminin sağlamlığını dəstəkləyən darı əksər insanlar üçün təhlükəsiz qida mənbəyidir, çünki nadir hallarda allergik reaksiyalara səbəb olur.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər