Qazaxıstan-Rusiya sərhədində, Astana-Petropavlovsk avtomobil yolunda 95 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Məlumata görə, qəzanın ilkin səbəbi sürücülərin sürət həddinə riayət etməməsi və ara məsafəsini saxlamaması olub. Hadisə magistralın 153-cü km-də, Janatalap kəndi yaxınlığında baş verib.
Qəza zamanı 11 nəfər xəsarət alıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Yolunun bir hərəkət zolağı boşaldılıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb