31 Dekabr 2024 12:27
11 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsini həzm edə bilməyən İran və keçmiş hökmətin qalıqları Suriyada yeni gərginlik yaratmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Mustafa Yıldız deyib.

Jurnalist Bəşər Əsədin qardaşı, Suriya Respublika Qvardiyasının keçmiş komandiri Mahir Əsədlə İran arasındakı işbirliyinə də diqqət çəkib:

“Hazırda Suriyada baş verənlərdə bir İran faktoru var.

İranın “mən daha burada heç nə etməyim” deyərək yoxa çıxmasını gözləyə bilmərik. Nə baş verdiyinə baxmalıyıq. Xüsusilə nüseyrilərin - şiə suriyalıların sıx yaşadıqları ərazilərdə - Tartus və Latakiya kimi liman şəhərlərindən başlayaraq təxribat var.

İran öz proksi qüvvələri, xüsusilə “Hizbullah” vasitəsilə Suriyada çox mühüm fəaliyyətlər göstərib. Hətta “Hizbullah”ın Dəməşqdə işə qəbul ofisi vardı. Təsəvvür edə bilərsinizmi? Ona görə də baş verənlərlə bağlı İran mövzusunu açmaq düzgün olardı.

Bu məsələnin haradan qızışdırıldığına da baxmaq lazımdır. PKK-nın media orqanları “Tartusun filan kəndində nüseyrilər qırılır” yazaraq intensiv şəkildə informasiya əməliyyatı həyata keçirirlər. Bunun regional siyasətlə əlaqəsi var. Burada PKK, köhnə rejimin qalıqları və İran dəstəyi önə çıxır.

Mahir Əsədin Qəndildə PKK və rejim qalıqları ilə əməkdaşlıq edərək, bu fəaliyyətlərə başladığı bildirilir.

Keçmiş rejimin qalıqları, PKK və xoşagəlməz çağırışlar edən İran eyni nöqtədə bir araya gəliblər. Başqa sözlə, təxribatlar bundan sonra olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər