Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin dövlət mühafizəsi ilə təminat müddəti uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qərarı ölkənin baş naziri İrakli Kobaxidze imzalayıb.
Digər qərarla Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze dövlət mühafizəsi altına alınıb.
Mühafizəni Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.