6 Yanvar 11:40
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hakimiyyət orqanları PKK terror təşkilatından silahı qeyd-şərtsiz yerə qoymağı tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hökumət nümayəndələri ilə terror təşkilatının üzvləri arasında artıq 2 görüş baş tutub.

Danışıqlar zamanı, PKK/YPG qruplaşması silahları yerə qoyma tələbi müqabilində diviziya və ya ordu birliyi formasında bərabər bölünərək Suriya ordusunda fəaliyyət göstərməyi tələb ediblər.

Qəzetin köşə yazarı Əbdülkadir Selvi isə bildirib ki, keçid hökumət bu məsələni müzakirə belə etmədi və terrorçuları qeyd-şərtsiz silahı yerə qoymağa çağırdı.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların ya silahları yerə qoymaq, ya da ölməkdən başqa seçimlərinin olmadığını qeyd edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər