6 Yanvar 23:58
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin ABŞ-nin kontinental şelfində neft və qaz hasilatını qadağan etmək qərarını ləğv edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "Salem News" kanalına məlumat verib.

“Mən görürəm ki, Bayden ABŞ-nin sahilyanı ərazilərinin 625 milyon akr (2,5 milyon kv. km.) ərazisində bütün neft və qaz hasilatını qadağan edib. Bu, absurd qərardır. Mən bu qadağanı dərhal aradan qaldıracağam”, - Tramp bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər