Sumqayıtda kişi qadın qonşusuna xəsarət yetirib.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.
1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov qonşusu 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovanın başına dəmir parçası ilə xəsarət yetirib.
Sumqayıt Tibb Mərkəzindən Teleqraf.com-a bildirilib ki, 1958-ci il təvəllüdlü qadın Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.