8 Yanvar 08:22
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat "Resmi Gazete"də yayılıb.

Məlumata əsasən, Kibertəhlükəsizlik İdarəsi kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə siyasətləri, strategiyaları və hədəfləri müəyyən edəcək, fəaliyyət planları hazırlayacaq, qanunvericilik araşdırmaları aparacaq, müvafiq fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək, kibertəhlükəsizliklə bağlı maarifləndirmə, təlim tədbirlərini həyata keçirəcək, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini dəstəkləyən layihələr və bu sahədə ictimaiyyətin məlumatlandırılması, özəl sektorla universitetlər arasında əməkdaşlığın artırılması istiqamətində fəaliyyət göstərəcək.

İdarənin baş ofisi Ankarada yerləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər