10:07
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Xarici İşlər Nazirliyi ABŞ-nin bu ölkəyə qarşı sanksiyaları yumşaltması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bəyanatda sanksiyaların Əsəd rejiminin devrilməsi ilə qüvvəsini itirdiyi və hazırda Suriya xalqına mənfi təsir göstərdiyi bildirilib.

Suriyada sabitlik və rifahı təmin etmək üçün bu sanksiyaların tamamilə ləğv edilməsi çağırışı edilib. Bəyanatda deyilir ki, ölkənin yeni rəhbərliyi ABŞ-nin Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün müəyyən enerji və pul köçürmələri əməliyyatlarına icazə verən altı aylıq istisnanın təmin edilməsini alqışlayır.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Ahmet Yıldız da Suriyadakı dəyişiklik fonunda bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılması və məhdudiyyətlərə yenidən baxılmasının lazım olduğunu deyib.

ABŞ Maliyyə Nazirliyi bundan əvvəl Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün dövlət qurumları ilə əməliyyatlara, həmçinin müəyyən enerji və pul köçürmələrinə icazə vermək üçün altı aylıq bir istisna təmin edildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər