ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0.07% azalaraq 1 barelə görə 76.11 ABŞ dolları təşkil edib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac edilməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.14% azalaraq 1 barelə görə 73.23 ABŞ dollarına bərabər olub.