Ermənistanda 10-a yaxın nazirlik və dövlət qurumunda kadr islahatları aparılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Fakt" qəzeti diplomatik mənbələrdən məlumat əldə edib.
Bildirilib ki, ötən ilin sonunda hökumət daxilində məsələ ilə bağlı müzakirələr keçirilib.
Nəşr vurğulayır ki, razılığa görə, bəzi nazirlərə şans veriləcək.
Qeyd olunub ki, hazırkı müddətdə müavinlər və qurum rəhbərliklərinin işinə son qoyulacaq.
Dəyişikliklərin Maliyyə, İqtisadiyyat, Əmək və sosial məsələlər, Ərazi idarəetmə və İnfrastruktur və digər nazirliklərdə edilməsi nəzərdə tutulur.