Rusiya qüvvələri Ukraynanın Donbas bölgəsinin bir sıra yaşayış məntəqələri yaxınlığında irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Söhbət Toretsk, Pişçanı, Vozdvijenka, Baranivka, Solonı, Slovyanka, Petropavlivka, Novoelizavetivka və Kuraxivdən gedir.
Hazırda Toretsk və Kuraxivdə şiddətli döyüşlərin getdiyi bildirilir.
Mənbə Rusiyanın Kursk vilayətində də toqquşmanın davam etdiyini açıqlayıb.