01:45
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna üzrə "Ramşteyn" formatlı Təmas Qrupu ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra fəaliyyətini dayandıra bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

“Onun yeni administrasiya altında işləməyə davam edib-etməyəcəyi bəlli deyil. Tramp Ukraynanı dəstəkləməyə son dərəcə şübhə ilə yanaşır, alyanslara daha az sərmayə qoyur və açıq şəkildə prezident Putinə tərəfdarlıq nümayiş etdirir”, - məqalədə deyilir.

"Ramşteyn" formatlı Təmas Qrupu Kiyevə əlavə hərbi yardımın mümkünlüyünü müzakirə edən beynəlxalq koalisiyadır. Onun işində 50-dən çox ölkə iştirak edir.


Müəllif: Arzu

Oxşar xəbərlər