11:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp NATO-nun Avropadakı uğursuzluğunu Qrenlandiya ilə bağlı təhdidlərlə ört-basdır etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Tiempo Argentino" nəşrində məqalə dərc olunub.

Yazının müəllifi Lido Yakomino bildirib ki, söhbət həm də ABŞ-nin yeni seçilmiş prezidentinin Kanada və Panama kanalı ilə bağlı bəyanatlarından gedir.

Onun sözlərinə görə, Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamaları imperialist xarakter daşıyır və bütün bunlar Birləşmiş Ştatlar və NATO-nun Avropada məğlubiyyətini ört-basdır etməyə hesablanıb.

Müəllif Trampın aldadıcı güc vizyonu yaratmaq üçün bir növ təmtəraqlı qələbəyə ehtiyacı olduğunu vurğulayıb.

Ekspertin fikrincə, bu gün məhz ABŞ-nin himayəsi altında qloballaşmadan sonra kapitalizm öz çöküşünü yaşayır.

Xatırladaq ki, 3 gün əvvəl Amerikanın yeni lideri Qrenlandiyanın milli təhlükəsizliyinin Çin və Rusiya təhdidlərindən müdafiəsini təmin etmək üçün ABŞ-nin bir hissəsi olacağını demişdi.

Tramp 2019-cu ildə ilk prezidentlik dövründə də Amerikanın Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala biləcəyini söyləmişdi.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər