ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bunu Floridadakı Mar-a-Laqo iqamətgahında qubernatorlarla görüşdən əvvəl bildirib.
Tramp görüşün nə vaxt keçiriləcəyini açıqlamayıb.
“O, görüşmək istəyir və biz bunu təşkil edirik. Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər gözləyərdim”, – Tramp qeyd edib.