Gürcüstanın paytaxtı Tbilisidə və regionlarda qanunsuz odlu silah və döyüş sursatları müsadirə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri çərçivəsində 9 nəfər saxlanılıb. Həmin şəxsləri 7 ilədək həbs cəzası gözləyir.
Saxlanılanların ikisi xarici ölkə vətəndaşıdır. Acarıstan Muxtar Respublikası və Marneulidə yaxalanan həmin şəxslərdən odlu silah və patronlar götürülüb.
Faktlarla bağlı istintaq davam etdirilir.