9 Yanvar 21:45
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrenlandiya hakimiyyəti ABŞ-nin yeni prezidenti Donald Trampla işgüzar əməkdaşlığı müzakirə etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Qrenlandiyanın xarici işlər və müstəqillik naziri Vivian Motzfeldt hökumətin saytında dərc olunmuş bəyanatında bildirib.

"Hökumət seçilmiş prezident Donald Tramp və onun yeni administrasiyası ilə əlaqə qurmağı səbirsizliklə gözləyir" - nazir açıqlayıb.

Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Qrenlandiya biznes, Qrenlandiyanın mineral sektorunun inkişafı və digər sahələrdə əməkdaşlığı müzakirə etməyi gözləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər