İqlim dəyişikliyinin su və kənd təsərrüfatı sektorlarına təsiri nəticəsində Ermənistan iqtisadiyyatı 2060-cı ilə qədər 3% kiçilə, yoxsulluq arta bilər.
Teleqraf.com Dünya Bankının hesabatına istinadən xəbər verir ki, bu ölkədə yoxsulluq 2030-cu ilə qədər 2,7 faiz bəndi artacaq.
Ölkədə aşağı karbon emissiyasına nail olmaq üçün təxminən 8 milyard dollar investisiyanın tələb olunduğu irəli sürülür. Qurum bu investisiyaların yatırılması üçün mühüm sektorlarda islahatlarla yanaşı, institusional yenilikləri də vacib sayır.
Qeyd edilir ki, 2050-ci ilə qədər iqlim dəyişikliyi məhsul və heyvandarlıq sahəsində məhsuldarlığı 37%-ə qədər azalda bilər.