17:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərid Səfərli Azərbaycana qaytarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər