Ukraynanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, təhlükəsizliyin qorunması üçün əcnəbi kontingentin yerləşdirilməsi ilə bağlı danışıqlar "ən erkən mərhələdədir".
Teleqraf.com xəbər verir ki, nazirlik hələlik dəqiq rəqəmlərin bəlli olmadığını bəyan edib.
Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy Ukraynanın öz müttəfiqləri ilə bu istiqamətdə danışıqlar apardığını söyləyib.
O bildirib ki, təhlükəsizliyin təmin olunması üçün Avropa və ABŞ kimi dövlətlərin dəstəyinə ehtiyac var.