03:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texas qubernatoru Qreq Ebbot Konqresdən 11 milyard dollar məbləğində kompensassiya tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlıumat qubernatorluğun saytında yerləşdiriılib.

Məlumatda bildirildiyinə görə, Co Baydenin hakimiyyəti dövründə ştat sərhədlərin mühafizəsinə öz ehtiyat fondundan bu qədər pul xərcləyib. Ebbot müraciətində deyib: "Ümumilikdə Texas xalqın müdafiəsinə və sərhədlərin qorunmasına 11,1 milyard xərcləyib. Mən rəsmən Texasın çəkdiyi bu xərcləri federal hökumətdən tələb edirəm".

O, əlavə edib ki, Co Baydenin dövründə miqrasiya siyasəti Texası və ümumilikdə ABŞ-ni qeyri-qanuni miqrantların müdaxiləsi qarşısında çarəsiz qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər