ABŞ hökumətinin effektivliyinin artırılmasına məsul olan yeni qurumun - DOGE-nin rəhbəri İlon Mask özünün "X" sosial şəbəkəsinin alqoritmlərindən narazılığını bildirib.
Teleqraf.com xəbər verir ki, Mask xəbər lentinin nasist salamlamaları ilə dolub-daşıdığından narazıdır.
Mask bildirib ki, bir də öz xəbər lentində nasisit salamlamasını görsə, "ağlını itirəcək". Sahibkar əlavə edib ki, öz sosial şəbəkəsinin tövsiyə alqoritmi "heç nəyə yaramır".