00:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı gözlənilən sövdələşmə ilə bağlı bəyanatların tələsik olduğunu anlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş məlumat verib.

Onun sözlərinə görə, Moskva və Kiyev arasında intensiv danışıqlar davam edir və tərəflər razılığa yaxınlaşıb. Lakin iddia olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski təslim olmaq kimi qəbul edilən güzəştlərdən qaçmağa çalışır.

Herş yazır ki, Tramp və komandası tələsik razılaşmanın zəiflik kimi qəbul edilə və Rusiyanın təsirinin artmasına səbəb ola biləcəyini anlayır. Eyni zamanda, Amerika prezidentinin komandası hesab edir ki, Moskvaya əlavə təzyiq olmadan razılaşmalar səmərəsiz ola bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər