Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.29% azalaraq 3.9337 ABŞ dollarına bərabər olub.
Teleqraf.com xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.05% artaraq 49.35 avroya bərabər olub.
Qeyd edək ki, təbii qaz aylıq əsasda 2.44%, illik əsasda isə 78.72% dəyər qazanıb.