Qazaxda 19 yaşlı gənc özünü asıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Kosalar kəndində baş verib.
2006-cı il təvəllüdlü Ö.Hüseynov intihar edərək həyatına son qoyub.
Yaxınları onun meyitini evin həyətindəki yarımtikilidə tapıblar.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.