Ermənistanın Xarici Kəşfiyyat Xidməti yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib. Etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək, bu haqq işini təhrif etməyə yönəlib və Ermənistanın multi-etnikliyi özünə təhdid kimi gördüyünü sübut edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Həmçinin bəyanatda qeyd olunub ki, Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir: "Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməyi tələb edir".