Avropa İttifaqının diplomatik rəhbəri Kai Kallasın açıqlamalarının doğru olmadığı ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, söhbət Rusiyanın Avropaya hücum barədə planlarından gedir.
Xatırladaq ki, Kallas kəşfiyyat qurumlarının Rusiyanın Avropaya hücum etməyə hazırlaşması barədə planları təsdiqlədiyini bildirmişdi.
Fransanın müdafiə naziri Sebastyen Lekornü bu bəyanatı təkzib edib. LCI telekanalının verdiyi xəbərə görə, nazir belə məlumat almadıqlarını bildirib. Lekornü onu da qeyd edib ki, belə məsələlərdə səhihliyin gözlənilməsi olduqca vacibdir.
Eyni zamanda nazir Avropa ölkələrinə xəbərdarlıq göndərib. O deyib ki, Rusiya başqa mənada təhlükə kəsb edir. Belə ki, federasiyanın Silahlı Qüvvələri "boz əraziyə" iddia edə bilər.