ABŞ polisi hasardan keçərək Donald Trampın Mar-a-Laqodakı (Florida) malikanəsinə daxil olan şəxsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə çərşənbə axşamı baş verib.
"Fox News" telekanalının bildirdiyinə görə, yerli polis əməkdaşları 32 yaşlı Bican Arseonu saxlayıblar. O, malikanəyə qeyri-qanuni yolla daxil olmaqda ittiham edilir.