14:08
227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq haqqında sazişin icrası qeyri-müəyyən xarakter alıb.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Düşünürəm ki, Rusiya ilə İran arasında Moskvada imzalanan strateji tərəfdaşlıq müqaviləsi İrəvan üçün bir qədər çaşqınlıq doğurdu. Rusiya ilə İran arasında Azərbaycan ərazisindən keçən yeni strateji marşrutların yaranması Ermənistanı regional səviyyədə geosiyasi cəhətdən təcrid edir”, - ekspert bildirib.

Tarasov qeyd edib ki, Ermənistanın qərbyönlü siyasi xətti və ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq sənədinin icrası Donald Trampın Ağ Evə qayıtmasından sonra qeyri-müəyyən xarakter alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər