Azərbaycan düyü idxalını artırıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il 66 milyon 116 min ABŞ dolları dəyərində 64 min 306 ton düyü idxal edilib.
Bu, 2023-cü illə müqayisədə 9,7 min ton çoxdur.
Ötən il, düyü idxalı Azərbaycanın ümumi idxalında 0,31 paya malik olub.