14:53
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu "1 mart" işi üzrə keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, sabiq nazir vəzifə səlahiyyətlərindən zorakılıqda istifadədə ittiham olunur.

Bu gün keçirilən məhkəmə iclasında dövlət ittihamçısı irəli sürülən ittihamı təqdim edib.

İttihama görə, Ohanyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində işləyərkən başqa şəxslərin iştirakı ilə açıq-aşkar səlahiyyət həddini aşan və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hərəkətlər edib.

Bu əmələ görə 4-8 il həbs nəzərdə tutulur.

Xatırladaq ki, Seyran Ohyanyan 2008-ci il martın 1-də İrəvanda hakimiyyətə qarşı keçirilən dinc aksiyalarda iştirak edənlərə qarşı törədilmiş cinayət aktlarında iştirak edib. Bu işdə artıq o, Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ittiham olunub.

Aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açılması nəticəsində çoxlu sayda insan ölmüş və yaralanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər