02:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də planetimizin bütün sakinləri maqnit qasırğasının fəsadları ilə üzləşə bilərlər.

Teleqraf.com xəbər verir ki, meteohəssas adamlar üçün bu gün işə köklənmək çox çətin ola bilər.

Qaz buludu Yerin orbitinə günün ikinci yarısında çatacaq. Kosmik araşdırmalar institutlarının məlumatlarında belə deyilir.

Qeyd edək ki, yanvarın 21-də Günəşdə güclü partlayışlar qeydə alımıb. Maqnit qasırğasının gücü çox olmasa da, onun insanların səhhətinə təsir edəcəyi bildirilir.

Bundan başqa, yanvarın 25-də də Günəşdə güclü partlayışların olacağı gözlənilir. Sabah axşama yaxın qasırğa yatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər