Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü Qəribov İlham İslam oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.