10:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin bu ilin ilk konqresi keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edir.

İkigünlük tədbirin ilk günündə konqres iştirakçıları Yeni Kaledoniyanın Adət-Ənənə Senatını, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını və Yeni Kaledoniyalı siyasi məhbuslarına dəstək kollektivini ziyarət edib, müzakirələr aparıblar.

Bakı Təşəbbüs Qrupunun nümayəndəsinə viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresdə iştirak edə bilməyib.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər